Kelloq: “ABŞ-nin Ukrayna üzrə planı atəşkəslə başlayır”

Kelloq: “ABŞ-nin Ukrayna üzrə planı atəşkəslə başlayır”
18.05.2025 23:00 Dünya

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bildirilib ki, Vaşinqtonun Ukrayna ilə bağlı sülh planının birinci bəndi tam və dərhal atəşkəsdir.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə “X”də paylaşım edib. 

Onun sözlərinə görə, döyüşlərin dayandırılması qan tökülməsini dərhal bitirməlidir.

“İstanbulda dövlət katibi Marko Rubio açıq şəkildə bildirdi ki, ABŞ güclü sülh planı təklif edib. Londonda keçirilən görüşlərin nəticəsində hazırlanmış 22 bəndlik proqram sülh yolu ilə həll üçün əsasdır” deyə Kelloq qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər