Karapetyana daha bir ağır zərbə: Tərəfdarları saxlanıldı
Ermənistanda Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının səkkiz tərəfdarı saxlanılıb.
TodayPress TV “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Yura İvanyan məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər Arbat kəndindəndir və İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıblar.
Vəkil bildirib ki, saxlanılanlara qarşı irəli sürülən ittihamlar hələlik açıqlanmayıb və müdafiə tərəfinə rəsmi məlumat təqdim edilməyib.
Digər vəkil Tiqran Ayrapetyan isə müvəkkilləri ilə görüşmək üçün komitəyə daxil olmasına icazə verilmədiyini qeyd edib.
Məlumata görə, seçki kampaniyasının başlamasından sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası ilə əlaqəli şəxslər barəsində seçici rüşvəti ittihamları ilə bir neçə cinayət işi açıb.