İtaliyada binada yanğın - Ölənlər var
İtaliyanın Milan şəhərində 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yüngül xəsarət alıb,
Binadan ümumilikdə 40 nəfər təxliyə edilib, 19 nəfər isə tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aynur TAC