Hindistan Rusiyadan neft idxalını azaltdı

Hindistan Rusiyadan neft idxalını azaltdı
24.10.2025 06:54 Dünya

Hindistan ABŞ Prezidenti Donald Trampın çağırışına cavab olaraq Rusiya neftinin idxalını azaldıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı açıqlama verib.

Livitt bildirib ki, Hindistan ABŞ Prezidentinin xahişinə əsasən Rusiyadan neft alışını azaldıb və Vaşinqton indi eyni addımı Avropa ölkələrindən və digər müttəfiqlərdən də gözləyir.

“Prezident Tramp Rusiya neftinə tələbatı azaltmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx işləyir. Hindistan artıq bu istiqamətdə mühüm addım atıb,” – deyə Livitt vurğulayıb.

Digər tərəfdən, “Reuters” agentliyinin məlumatına görə, Hindistanın əsas neft emalı müəssisələri ABŞ-nin Rusiyanın iki iri enerji şirkətinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Rusiya neftinin idxalını ciddi şəkildə azaltmağa hazırlaşır.

Aynur TAC

TodayPress TV


XƏBƏR LENTİ
01 IYUN 2026
İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 Bütün Xəbərlər