Filippo: "Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları Şimal axınını məhv edəcək"

Filippo: "Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları Şimal axınını məhv edəcək"
22.05.2025 16:35 Dünya

Rusiyaya qarşı yeni, 18-ci sanksiyalar paketinin qəbulu “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin yekun şəkildə məhv edilməsi demək olacaq.   

TodayPress TV xəbər verir ki, bu barədə fransız siyasətçisi Florian Filippot “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. 

“Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen artıq Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlayır, bu, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin yekun şəkildə məhv edilməsini ehtiva edəcək!” deyə o yazıb. 

Qeyd edək ki, mayın 20-də Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.   

Nicat Osman

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər