Braziliya prezidenti BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırdı
Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi dövlətləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına ( BMT ) daimi üzv kimi qoşulmalıdırlar.
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bunu BRİCS sammitində Braziliya prezidenti Luiz İnasiu Lula da Silva bildirib.
Onun sözlərinə görə, “etimad böhranını” aradan qaldırmaq üçün Təhlükəsizlik Şurasını genişləndirmək, onu “daha legitim, nümayəndəli, effektiv və demokratik” etmək lazımdır.
Silva hesab edir ki, belə bir islahat BMT-nin uzunmüddət fəaliyyət göstərməsini təmin edəcək.
Braziliya lideri əlavə edib ki, bu proses yubandıqca, dünya daha az stabil və daha təhlükəli olacaq.
Nicat Osman