Almaniyada rekord sayda şirkət fəaliyyətini dayandırdı

Almaniyada rekord sayda şirkət fəaliyyətini dayandırdı
21.05.2025 18:05 Dünya

2024-cü ildə Almaniyada 196,100 şirkət fəaliyyətini dayandırıb, bu isə ötən illə müqayisədə 16 faiz artım deməkdir.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa İqtisadiyyatı Araşdırma Mərkəzi məlumat yayıb.

Araşdırmaya görə, bu göstərici 2011-ci ildən bəri ən yüksək iflas səviyyəsi hesab olunur. 

Böhran iqtisadiyyatın əsas sahələrinə ciddi təsir edib. Enerji tutumlu istehsalatda bağlanmalar 26%, yüksək texnologiya sektorunda isə 24% artıb. Eyni zamanda, kimya və əczaçılıq sahəsində 360-a yaxın şirkət müflis olub.

Mütəxəssislər iflasların əsas səbəbləri kimi enerji qiymətlərinin artması, sənaye istehsalının azalması və ixracın zəif bərpasını göstərirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər