Almaniyada naməlum şəxs insanlara atəş açdı - Yaralananlar var

Almaniyada naməlum şəxs insanlara atəş açdı - Yaralananlar var
12.10.2025 04:34 Dünya

Almaniyanın Gissen şəhərinin (Hessen ştatı) mərkəzi meydanında naməlum şəxs insanlara atəş açıb.

TodayPress TV xəbər verir ki, bu barədə "DPA" polisə istinadən məlumat yayıb.

Məlumata görə hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Şübhəli şəxs hadisə yerindən qaça bilib, lakin hüquq-mühafizə orqanları ictimaiyyət üçün heç bir təhlükənin olmadığını düşünür.

Onun tapılması istiqamətində əməliyyat aparılır.

Hadisə yerli vaxtla 15:10 radələrində baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər