Albaneze Trampı AUKUS-dan çıxmamağa razı salmaq niyyətindədir
Avstraliyanın Baş naziri Entoni Albaneze ABŞ prezidenti Donald Trampı AUKUS sazişində qalmağa inandırmağa çalışacaq. Onların ilk görüşünün G7 sammitinin kuluarlarında baş tutacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Görüşdə tərəflər ABŞ-nin Avstraliyaya nüvə sualtı qayıqları verməsini nəzərdə tutan AUKUS sazişinin təkrar gözdən keçirilməsini və gömrük rüsumları məsələsini müzakirə edəcəklər.
“Avstraliya, Böyük Britaniya və ABŞ-nin daha çox atom sualtı qayığına malik olması Hind-Sakit okean regionunu daha təhlükəsiz edəcək”, – deyə Albaneze Kanadanın Kalqari şəhərində jurnalistlərə bildirib.
Qiymət Mahir