ABŞ və Çin arasında ticarət dövriyyəsi kəskin azaldı

ABŞ və Çin arasında ticarət dövriyyəsi kəskin azaldı
04.06.2025 10:20 Dünya

2025-ci ilin aprel ayında ABŞ və Çin arasında ticarət dövriyyəsi 45,6 milyard dollara qədər azalıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gömrük Komitəsinin məlumatlarına istinadən “İzvestiya” qəzeti yazıb.

İllik müqayisədə dövriyyə 20 faiz azalıb. Buna səbəb ABŞ-nin Çin məhsullarına 10 faizlik tarif tətbiq etməsi, Çinin isə Amerika mallarına 15 faiz rüsum qoyması olub. Aprel ayında Vaşinqton tarifləri əvvəlcə 34 faizə, sonra isə 145 faizə qədər artırıb. Cavab olaraq, Pekin də tarifləri 125 faizə yüksəldib.

Ekspertlər bildirirlər ki, bu göstəricilər iki ölkə arasında ticarət müharibəsinin dərinləşməsi risklərini qiymətləndirmək üçün əsas verir.

“Freedom Finance Global” şirkətinin makroiqtisadçısı Yuriy İçkitidze hesab edir ki, tərəflər tarifləri müvafiq olaraq 30 və 10 faiz səviyyəsində saxlasalar, ilin sonuna qədər ticarət dövriyyəsi 15–20 faiz daha azala bilər. Əgər rüsumlar yenidən artırılsa, itkilər 1,5 dəfə artaraq 450–460 milyard dollara çata bilər.

Qeyd edək ki, 12 may tarixində ABŞ və Çin 90 günlük müvəqqəti tarif azaldılmasına razılıq verib. Bu müddət ərzində rüsumlar müvafiq olaraq 145 və 125 faizdən 30 və 10 faizədək endirilib. Lakin daha sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çin razılaşmanı “tam şəkildə pozub”. Onun sözlərinə görə, bu razılaşma, Çinin üçrəqəmli tariflər fonunda iqtisadi çökməsinin qarşısını almaq məqsədilə əldə olunmuşdu.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Bütün Xəbərlər