ABŞ "F-47" qırıcısını təkmilləşdirir
ABŞ Müdafiə Nazirliyi altıncı nəsil döyüş təyyarələrinin hazırlanmasında prioriteti "F-47" layihəsinə vermək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Pentaqon Konqresə müraciət edərək, donanma üçün nəzərdə tutulan "F/A-XX" proqramına ayrılan 500 milyon dolların "Boeing"in inkişaf etdirdiyi "F-47" layihəsinə yönəldilməsini təklif edib.
Nazirlik hesab edir ki, eyni anda iki irimiqyaslı layihə üzərində işləmək gecikmələrə və yüksək xərclərə səbəb ola bilər. Buna görə Müdafiə Nazirliyi "F-47"yə fokuslanmağı, "F/A-XX" proqramına isə daha çox vaxt verilməsini tövsiyə edir.
Türkan İsgəndərli