Kamran Əliyev: Azərbaycanın ilk Konstitusiyasının qəbulu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Kamran Əliyev: Azərbaycanın ilk Konstitusiyasının qəbulu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
22.08.2025 11:19 Daxili siyasət

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstəqil və müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

TodayPress TV xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda  beynəlxalq konfransda deyib.

K. Əliyev bildirib ki, Azərbaycan Konstitusiya layihəsini hazırlamaq üçün Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılıb:

“Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra, 1995-ci il noyabrın 12-də keçirilən və seçicilərin 86 faizinin iştirak etdiyi 91,9 faiz səs çoxluğu ilə  referendumda qəbul edilmiş  və 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir".

Baş prokuror qeyd edib ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycanın Konstitusiyası Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir:

" Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyur. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil etməklə yanaşı, həmçinin ölkəmizin ümumbəşəri qəbul edilmiş demokratik ideya və prinsiplərə sadiqliyinə dəlalət edir”.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər