TƏCİLİ! Azərbaycanda pensiya yaşı 70-ə qaldırılır?

TƏCİLİ! Azərbaycanda pensiya yaşı 70-ə qaldırılır?
26.05.2025 17:17 Cəmiyyət

Danimarka parlamenti 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıran yeni qanun qəbul edib. Belə ki, 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. 70 yaş pensiya yaşı isə 1970-ci il dekabrın 31-dən sonra doğulmuş bütün insanlara şamil ediləcək.  Maraqlıdır, analoji qanun Azərbaycanda da qəbul oluna bilər? 

İqtisadçı Eldəniz Əmirov TodayPress TV-yə açıqlamasında bildirib ki, Danimarkada qadınların orta ömür uzunluğu 83,5, kişilərin isə 79 yaşdan yuxarıdır.

Ümumilikdə ölkədə orta ömür uzunluğu 81 ildir. Bu, pensiya yaşının artırılmasını qaçınılmaz edir.

Eyni zamanda əmək bazarında kadr çatışmazlığı da bu qərarın verilməsində mühüm rol oynayıb. Əhali qocalır, təbii artım aşağıdır və nəticədə işçi qüvvəsinə ehtiyac artır. 

Ekspert vurğulayıb ki, Azərbaycanda vəziyyət bir qədər fərqlidir və hazırda pensiya yaşının artırılmasına ehtiyac yoxdur: 

“Ölkədə kifayət qədər kadr potensialı və işçi qüvvəsi mövcuddur. Bu baxımdan pensiya yaşının artırılması indiki mərhələdə zəruri deyil. Əgər gələcəkdə orta ömür uzunluğu 80 yaşa yaxınlaşarsa, o zaman bu məsələ gündəmə gələ bilər. Bu, yaxın 3-5 ilin deyil, ən azı 15 il sonranın mövzusudur” deyə Eldəniz Əmirov yekunlaşdırıb.

Qeyd edək ki, ölkəmizdə kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 64-dür.

Türkan İsgəndərli

FOTOLAR

TƏCİLİ! Azərbaycanda pensiya yaşı 70-ə qaldırılır? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Bütün Xəbərlər