SON DƏQİQƏ! Yanğında xəsarət alan qadının vəziyyəti ağırdır
Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində baş verən mənzil yanğınında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 10.05.2026-cı il tarixində saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, H.Cavid 21 ünvanından yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı qadına yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki yanığı diaqnozu qoyulub və o, Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Hazırda pasiyentin müalicəsi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qiymət Mahir