Mühafizə zonalarına nəzarət mexanizmləri təkmilləşdiriləcək

Mühafizə zonalarına nəzarət mexanizmləri təkmilləşdiriləcək
14.07.2025 16:54 Cəmiyyət

Azərbaycanda Torpaq Məcəlləsində mühafizə zonalarına nəzarət mexanizmləri və torpaq sahələrinin konsolidasiya ilə bağlı dəyişikliklər gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun ilk iclasında bildirilib.

İclasda torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, məcəllənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, konsepsiyanın işlənməsi istiqamətində geniş müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev iclasda bildirib ki, torpaq münasibətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə tənzimlənməsi, torpaqların idarə olunması, istifadəsinə nəzarət və mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi vacibdir.

Müzakirələr zamanı Torpaq Məcəlləsinin yeni konsepsiyasında müasir çağırışlar, xüsusilə iqlim dəyişikliyi və onun təsirlərinin nəzərə alınması, ölkə ərazisində özbaşına tikililərə yol verilməməsi, torpaqlardan təyinatdan kənar istifadə hallarının qarşısının alınması, mühafizə zonalarına riayət edilməsi və bu sahədə yeni nəzarət mexanizmlərinin yaradılması, eləcə də torpaq sahələrinin konsolidasiyasının əks olunması məqsədəuyğun hesab edilib.

İclasda iştirak edən müxtəlif dövlət qurumlarının nümayəndələri öz sahələri üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdırıblar. Həmçinin torpaqların kadastr uçotu və idarəçiliyinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Bütün Xəbərlər