Minaya düşən şəxsin vəziyyəti açıqlandı - RƏSMİ
Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.
Türkan İsgəndərli