“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirildi

“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirildi
11.12.2025 17:11 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının şöbə müdirləri və Xidmətin regional idarələrinin rəhbərləri üçün 5 saylı Bakı DOST mərkəzində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib.

TodayPress TV xəbər verir ki, təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən iştirakçılara informasiya əldə etmək hüququnun təmin edilməsinin dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnuniyyətinin artırılması baxımından mühüm mexanizm olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətləri, həmçinin Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətləri barədə məlumat verilib.

İnteraktiv şəkildə təşkil olunan təlimdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Təlimin sonunda Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.

TodayPress TV

FOTOLAR

“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirildi — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Bütün Xəbərlər