Bölgələrdə küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bölgələrdə küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
04.07.2025 09:54 Cəmiyyət

Azərbaycanda iyulun 4-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər