"Bir vaxtlar həkimi müqəddəs görürdük…" - Həkimdən TƏBİB-ə reaksiya

"Bir vaxtlar həkimi müqəddəs görürdük…" - Həkimdən TƏBİB-ə reaksiya
01.05.2026 14:00 Общество

"Bakıda həkimə qarşı törədilmiş ağır cinayət təkcə fərdi hadisə deyil, daha geniş sosial problemin göstəricisidir".

TodayPress TV xəbər verir ki, bunu uzman anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.


Onun sözlərinə görə, xəstənin qumbara partlatması nəticəsində həkimin ağır xəsarət alması – cəmiyyət üçün ciddi xəbərdarlıqdır:

"Bakıda həkimə qarşı cinayət törədilib. Hazırda canı ilə əlləşən kolleqama Allahdan şəfa diləyirəm. Amma bununla yanaşı hamımız özümüzə bir sual verməliyik: biz necə oldu bu həddə gəldik? Bu cür hadisələrin formalaşmasında son illərdə ictimai ritorikanın da rolu az deyil. Xüsusilə səhiyyə sahəsində verilən bəzi açıqlamalar yanlış mesajlar yaradır. Cəmi 9 ay əvvəl keçmiş TƏBİB sədri mediaya verdiyi müsahibədə bildirirdi ki, guya vətəndaş həkimə "halallıq verməlidir" kimi yanaşmalar yanlışdır. Biz isə aylardır deyirik ki, bu cür ifadələr həkimi "borclu tərəf" kimi təqdim edir, xəstədə yüksək gözlənti, sonradan isə məyusluq və aqressiya yaradır".

Həkim əlavə edib ki, bu yanaşma həkim-xəstə münasibətlərinin mahiyyətini dəyişir:

"Bu ritorika münasibətləri tərəfdaşlıqdan çıxarıb qarşıdurmaya çevirir. Nəticədə balans pozulur və tərəflər bir-birinə qarşı dayanır. Cəmiyyətin bu nöqtəyə gəlməsi təsadüfi deyil və daha dərin səbəblərə dayanır. Bir vaxtlar həkimi "müqəddəs" görən cəmiyyətdən, bu gün onu partlatmağa cəhd edən aqressiv davranışlara gəlib çıxmışıq. Əlbəttə, nə həkim müqəddəsdir, nə xəstə, nə də hansısa qurum. Müqəddəs olan qanundur, hüquqdur. Amma ictimai şüuru formalaşdıran siyasətin və maarifləndirmənin yanlış aparılması bu balansı pozur".

Turanə Rəsulova xüsusilə təhlükəsizlik məsələsinə diqqət çəkib:

"Həkimini də, xəstəsini də eyni dərəcədə qoruya bilməyən cəmiyyət uduzur. Təhlükəsizlik hissi zədələnən mütəxəssis daha təhlükəsiz və dəyər verilən mühitə üz tutur. Bu, artıq bir çox ölkələrin təcrübəsində sübut olunub. Tez-tez ittiham altında qalan hansı həkim ağır xəstəni qəbul etmək istəyər? Halbuki o ağır xəstə sabah sənin, mənim, doğmalarımızın özü ola bilər. Biz bu gün incitdiyimiz, hətta yaşamaq hüququnu əlindən almağa cəhd etdiyimiz insanlardan sabah necə kömək gözləyəcəyik? Bu sual hər birimizi düşündürməlidir", - deyə Turanə Aslanova qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Все новости