Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi
30.06.2025 16:03 Kənd Təsərrüfatı

Azərbaycanda bir torpaq sənədi üzrə 3 hektar və daha çox sahəni bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.

Nazirlik bəyan edib ki, torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən artıq bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır.

Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı üstünlüklər təmin edir. Belə ki, torpaqda hansı qida elementinin (azot, fosfor və kalium) çatışmadığını və hansının isə normadan artıq olduğunu müəyyən etməyə kömək edərək lazımsız gübrə tətbiqinin qarşısını alaraq fermerin gübrə xərclərinə qənaət edir. Ehtiyaclarına uyğun gübrə normaları seçilərsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Analiz nəticəsində torpağın pH səviyyəsi və duzluluq kimi göstəricilər təyin olunur ki, bu da torpaqların münbitliyinin artıb azalmasına nəzarət etməyə imkan verir.

Torpağın aqrokimyəvi analizi üçün nümunələrin götürülməsi qaydaları aşağıdakı kimidir:

Bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir;

Toxum subsidiyası almaq üçün müraciət edən fermerlər bəyan etdikləri ümumi toxumluq əkin sahəsi üzrə hər 2 hektar ərazidən 1 nümunə götürərək analiz verməlidir;

Bəyan edilmiş ümumi əkin sahəsi üzrə hər 5 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 0-30 sm və 30-60 sm dərinliklərdə olmaqla 2 nümunə) götürülməlidir;

Çoxillik bitkilərdən yonca, zəfəran, yer fıstığı, razyana, çiyələk, lavanda, xaşa və biyan üzrə torpaq nümunəsi birillik bitkilərdə olduğu kimi 0-30 sm dərinlikdə götürülməlidir;

Nümunələr məhsul yığımından sonra, növbəti əkinə qədər olan dövrdə götürülməlidir;

Bir torpaq sənədi üzrə bəyan edilmiş torpaq sahəsi 1000 ha və yuxarı olduqda hər 10 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 2 nümunə) götürülməlidir;

Torpaq sahəsinin sahibi dəyişdikdə, yeni istifadəçi növbəti bəyan mövsümündə yenidən analiz üçün müraciət etməlidir;

Bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün müraciət edən fermerin bəyan etdiyi torpaq sahəsi üzrə təqdim etdiyi aqrokimyəvi analizin nəticələri analizin aparıldığı əkin ilindən etibarən 2 əkin ili (sentyabr - avqust) qüvvədə qalır.

FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi — 1
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi — 2
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi — 3
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi — 4
XƏBƏR LENTİ
05 IYUN 2026
CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Bütün Xəbərlər