QMİ sədri ABŞ-ni Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırdı

QMİ sədri ABŞ-ni Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırdı
13.10.2025 12:46 Xarici siyasət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ni Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb.

TodayPress TV xəbər verir ki, QMİ sədri bunu Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının Strateji Məsələlər üzrə Xüsusi Müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşündə deyib.

O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində baş tutan ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşü haqqında məlumatlandırıb. Qeyd edib ki, Xüsusi Müşahidə Siyahısında Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun deyil.

Görüşdə ABŞ nümayəndələrinin diqqəti, həmçinin, ona cəlb edilib ki, son vaxtlar erməni kilsəsinin rəhbərliyi və erməni diasporası destruktiv mövqedən çıxış edərək sülh prosesinə əngəl olmağa çalışır və yeni qarşıdurmaya və revanşizmə çağırır. Halbuki, əldə edilmiş fürsətdən faydalanmaq üçün dini və ictimai dairələr siyasətçiləri dəstəkləməlidirlər və Azərbaycan tərəfi bəzi erməni dairələrdən, xüsusilə erməni kilsəsindən fərqli olaraq bunu edir.

Tərəflər dünyada, xüsusilə də mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan və Ermənistan arasında davamlı və uzunmüddətli sülhə nail olmaq üçün xalqlar və dinlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın vacib olduğunda həmfikir olduqlarını qeyd ediblər. ABŞ tərəfi bu baxımdan Şeyxülislamın hazırki ziyarətinin xüsusi əhəmiyyətini vurğulayıb. Şeyxülislam A. Paşazadə, başçılıq etdiyi QMİ-nin bu istiqamətdə səylərə öz töhfəsini verməyə davam etdirməyə, sülh və birgəyaşayışı dəstəkləyən dinlərarası və sivilizasiyalararası beynəlxalq görüş və konfransları, o cümlədən, ABŞ-ın din əsaslı qurum və təşkilatları ilə birgə layihələri həyata keçirməyə hazır olduğunu bildirib.

Tədbirdə iştirak edən BBMM icraçı direktoru Rəvan Həsənov və MM deputatı Cavanşir Paşazadə söz alaraq ölkəmizdə hökm sürən multikultural mühitdən, dövlət-din münasibətlərinin təkmilləşdirilməsində Azərbaycan parlamentinin rolundan bəhs ediblər. R. Həsənov Azərbaycanın dünyada islamofobiya ilə mübarizədə ardıcıl addımlar atdığını və artıq bu sahədə önəmli beynəlxalq platformaya çevrildiyini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər