İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO

İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO
01.06.2026 18:42 Xarici siyasət

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, söhbət ABŞ-nin Azərbaycana münasibətdə mühüm əhəmiyyət daşıyan qərarlardan biri ilə bağlı sənəddən – Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdan gedir.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa Dəstək Aktına əlavə edilmiş və Azərbaycana ABŞ hökumətinin birbaşa dövlət yardımını qadağan etmişdi. Geniş yayılmış fikrə görə, bu düzəliş erməni lobbisinin təşəbbüsü ilə qəbul olunub. Nəticədə Azərbaycan ABŞ-dən birbaşa dövlət yardımı ala bilməyən yeganə postsovet ölkəsinə çevrilmişdi.

Sonradan ABŞ administrasiyası tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması və bununla bağlı memorandumun imzalanması Azərbaycan-ABŞ münasibətlərində mühüm hadisələrdən biri kimi qiymətləndirilib. Prezident İlham Əliyevin Kaleb Orrla görüş zamanı həmin sənədi nümayiş etdirməsi də bu qərarın iki ölkə arasındakı əlaqələrdə xüsusi yer tutduğunu göstərib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün Xəbərlər