7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirildi

7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirildi
21.05.2026 22:50 Xarici siyasət

Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.

Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

İştirakçılar geosiyasi proseslər və xarici siyasət, bağlantı, enerji təhlükəsizliyi və Orta Dəhliz də daxil olmaqla, regional və beynəlxalq prosesləri müzakirə ediblər. Aİ Azərbaycanın regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi rolunu qeyd edib, davamlı, iqtisadi cəhətdən səmərəli və qaydalara əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

Aİ Azərbaycanda aparılan humanitar minatəmizləmə səylərinə dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam etdirilməsini alqışlayıb. Səfər çərçivəsində mayın 19-da Aİ nümayəndə heyəti Ağdam rayonu da daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkib, Azərbaycan tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olub.

İştirakçılar həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Aİ Azərbaycanla Ermənistan arasında son aylarda əldə olunmuş irəliləyişi, o cümlədən etimad quruculuğu tədbirlərini və təmasların intensivləşməsini alqışlayıb, davamlı sülhün dəstəklənməsi üçün dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinə çağırış edib.

Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir.

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər.

TodayPress TV 

NEWS FEED
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 All News