“Aston Villa”nın ulduzu hamını geridə qoydu!
UEFA Avropa Liqasının 2025/2026 mövsümünün ən məhsuldar futbolçuları müəyyənləşib.
TodayPress TV xəbər verir ki, turnirin bombardirləri Iqor Jezus və Petar Staniç olub.
“Nottinqem Forest”in hücumçusu İqor Jezus və “Ludoqorets”in yarımmüdafiəçisi Petar Staniç mövsümü 7 qolla başa vurublar.
6 qol vuran futbolçular sırasında isə Antoni (“Betis”), Rodriqo Salasar (“Braqa”) və Kerem Aktürkoğlu (“Fənərbağça”) yer alıb.
“Qol+assist” sisteminə görə isə ən yaxşı göstərici Emiliano Buendiaya məxsus olub. “Aston Villa”nın futbolçusu 4 qol və 6 məhsuldar ötürmə ilə ümumilikdə 10 xal toplayıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalında “Aston Villa” Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. Klubun baş məşqçisi Unai Emeri isə beşinci dəfə UEFA Avropa Liqasını qazanıb.
Namiq HUN