Tramp Stubbla ANLAŞDI — Arktika uğrunda yeni həmlə!

Tramp Stubbla ANLAŞDI — Arktika uğrunda yeni həmlə!
14.10.2025 15:02 Təhlil

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Finlandiya lideri Aleksandr Stubb ilə Ağ Evdə keçirdiyi görüşdə bu ölkədən buzqıran gəmilərin alınması barədə razılıq əldə edib. 


Razılaşmaya əsasən, ABŞ Finlandiyadan 4 buzqıran gəmi alacaq.

Bundan başqa, Finlandiya ABŞ-yə 7 buzqıran gəminin tikintisində dəstək verəcək, texnologiyalarını Pentaqonla bölüşəcək. Həmin bızqıran gəmilər ABŞ tərsanələrində qurulacaq. Ekspertlərin fikrincə, bu addım ABŞ-nin Arktika regionundakı strateji maraqları ilə əlaqəlidir, çünki Rusiya və Çin burada həm iqtisadi, həm də hərbi fəallıqlarını artırıblar.


Arktika uğrunda yeni mərhələ

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov son dövrlər Arktika uğrunda mübarizənin daha intensiv və gərgin xarakter aldığının müşahidə olunduğunu bildirib:


"Bu, təsadüfi deyil. Bölgə əlverişli nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, zəngin təbii resurslara malik olması, həmçinin müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb etməsi ilə diqqət mərkəzinə çevrilib. Xüsusən də Arktikada böyük həcmdə neft və qaz yataqlarının, həmçinin müxtəlif mineralların kəşfi Rusiyanı, Çini və ABŞ-ni barışmaz rəqiblərə çevirib. Hazırda Arktikada təxminən 90 milyard barel neft, yəni dünya neft ehtiyatlarının 13–15 faizi, eləcə də qlobal qaz ehtiyatlarının 30 faizi yerləşir. Bu resurslara nəzarət həmin dövlətin beynəlxalq iqtisadi və siyasi gücünü əhəmiyyətli dərəcədə artırmaq deməkdir.


Xüsusilə iqtisadiyyatı sürətlə inkişaf edən Şərqi və Cənub-Şərqi Asiya ölkələri üçün Arktikanın zəngin enerji resursları həyati əhəmiyyət daşıyır. Rusiya ABŞ-dən fərqli olaraq, bölgədə daha erkən və fəal fəaliyyət göstərir. O, Arktikanın öz sahillərinə bitişik hissələrində kəşfiyyat işlərini genişləndirir və Çinlə birgə layihələr həyata keçirir. Bu əməkdaşlıq Çinə də böyük iqtisadi dividendlər vəd edir. Belə ki, Çin şirkətləri Rusiyaya məxsus yataqlarda 1,4 trilyon kubmetr təbii qaz ehtiyatı kəşf ediblər".

Rusiya-Çin tandemi və yeni balans axtarışı

Ekspert xatırladıb ki, bu il Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Rusiya və Çin arasında Arktika ilə bağlı birgə əməkdaşlıq haqqında sənəd imzalanıb. Həmin sənəddə Arktikanın birgə istismarı, istifadəsi və geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu isə bölgədə hərbi, siyasi və iqtisadi liderlik uğrunda ciddi səylər göstərən və fəaliyyətini xeyli gücləndirən ABŞ üçün xoşagəlməz vəziyyət yaradıb.


Soyuq dənizlərdə isti rəqabət

Ə.Orucovun fikrincə, Donald Tramp Arktikanın böyük potensialını və onun qlobal nizam üçün əhəmiyyətini anlayaraq Rusiya və Çinə qarşı təzyiqləri artırmaqla bölgədə söz sahibi olmağa çalışır. Lakin Rusiyanın Arktikanın dərinliklərini istismar etmək üçün texnoloji imkanları məhduddur və sanksiyalar səbəbindən müasir avadanlıqlara çıxışı çətindir. Buna görə də Moskva Çinə arxalanır. Finlandiya isə texnologiya və elektronika sənayesində dünya liderlərindən biri olmaqla yanaşı, metal və mühəndislik sahələrində də qabaqcıl mövqedədir:


"Arktikanın buzlaqlarla örtülü sərvətlərindən səmərəli istifadə etmək və Rusiya-Çin tandeminə qarşı üstünlük qazanmaq üçün ABŞ-nin məhz Finlandiyanın təcrübəsinə ehtiyacı var. Buna görə də Ağ Ev rəhbərinin Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi görüşdə buzqıran gəmilərin alınması barədə əldə edilən razılıq mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi, Arktika həm zəngin təbii resurslarına, həm də nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələlərinə görə strateji regiona çevrilib. Ehtimal olunur ki, bu bölgə uğrunda rəqabət yaxın illərdə daha da kəskinləşəcək. ABŞ-nin Qrenlandiyanı almaq niyyəti və Danimarka Krallığının bu təklifə “yox” cavabı verməsi də Vaşinqtonun Arktikada mövqeyini gücləndirmək planının bir hissəsi idi. Trampın planı Kopenhagenin kəskin etirazı səbəbindən reallaşmasa da, ABŞ-nin bu istiqamətdə israrlı siyasət yürütməsi onun bölgəyə marağının azalmadığını göstərir".

Qeyd edək ki, arktik buzqıran gəmi ölçüsündən asılı olaraq təxminən 400-800 milyon avroya başa gəlir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Bütün Xəbərlər