Paşinyan ideoloji dönüş edir: Cəmiyyət bunu necə qəbul edəcək?

Paşinyan ideoloji dönüş edir: Cəmiyyət bunu necə qəbul edəcək?
13.10.2025 13:59 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan dördüncü respublikanın üçüncü respublikadan nə ilə fərqlənəcəyini açıqlayıb. Məlum olub ki, orada əksini tapanlar Azərbaycanın maraqlarına cavab verir:


“Dördüncü respublikanın yaradılması məqsəd kimi partiyanın qurultayda qəbul etdiyi bəyannamədə öz əksini tapıb. Çox adam üçüncü və dördüncü respublikalar arasında nə fərq olacağını soruşur. Fərq budur: üçüncü respublika müharibə məntiqinə, dördüncü respublika isə sülh məntiqinə əsaslanır. Üçüncü respublikada konstitusiyanın xalqın iradəsini azad ifadə etməsi və səsvermə yolu ilə qəbul edilməsi böyük şübhələr yaradır, halbuki dördüncü respublikada belə şübhələr olmamalıdır. Üçüncü respublikada xalqın hakimiyyəti nisbi və formal xarakter daşıyır, dördüncü respublikada bu, aydın və mübahisəsiz olmalıdır. Nəhayət, üçüncü respublika Vətən xəyalları, arzulanan Vətən axtarışlarıdır, dördüncü respublikada isə - Ermənistan respublikası bizim arzularımızın Vətənidir və Vətəni axtarmağa ehtiyac yoxdur”.


Paşinyan, əslində, Ermənistana yeni ideoloji-siyasi dəsti-xətt təqdim edir. Bəs Ermənistan cəmiyyəti buna hazırdırmı?

"Ermənistanın Baş naziri həqiqətin qalib gələcəyinə inanır"

Mövzu ilə bağlı TodayPress TV-yə danışan dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov qeyd edib ki, Paşinyanın dördüncü respublika haqqında söylədikləri təkcə Azərbaycanla deyil, bütövlükdə region ölkələri ilə bağlı Ermənistanın hazırda apardığı və hakimiyyətdə olduğu müddətdə davam etdirəcəyi siyasətin əsasını təşkil edir.


Bu, Paşinyanın həm daxili, həm də xarici cəbhədə uzunmüddətli mübarizədən sonra gəldiyi nəticədir:

"Paşinyana qədərki respublikaların Ermənistanı uçuruma apardığı hamıya bəlli idi. Həmin siyasəti dəstəkləyən və həyata keçirənlər də bu həqiqəti anlayırdılar. Lakin onlar bu kursdan imtina etməyin yollarını bilmirdilər və ya siyasi xətti dəyişməyin öz hakimiyyətləri üçün təhlükə yaradacağını düşünürdülər. Paşinyan isə həqiqətin nə qədər acı olsa da, sonda qalib gələcəyinə inanır və Ermənistanın xilas yolunu yeni siyasi xətt yürütməkdə görürdü. Bu xətt isə Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq və qonşularla dinc yanaşı yaşamaq siyasətinə əsaslanırdı".

Analitikin qənaətincə, hazırda Paşinyan təkcə bu siyasəti həyata keçirmir, həm də bu istiqamətdə atdığı addımların real nəticələrini görür. Qısa müddətdə əldə etdiyi nailiyyətlər onu yeni kursunu davam etdirməyə sövq edir. Buna görə də Paşinyanın bundan sonra da məhz özünün müəyyənləşdirdiyi siyasəti həyata keçirməkdə israrlı olacağı ehtimal edilir.


Paşinyan artıq uğura daha yaxındır...

"Lakin əsas sual budur: Paşinyanın başladığı bu siyasət erməni xalqı tərəfindən dəstəklənəcəkmi? Burada da Paşinyanın çəkinmədiyi açıq görünür. Birincisi, əgər baş nazir bu qədər həssas məsələni açıq şəkildə dilə gətirirsə, deməli, öz mövqeyinə arxayındır. İkincisi, Paşinyandan əvvəlki prezidentlərin yeritdiyi əks siyasət, nəticə etibarilə, erməni xalqının nifrətini qazanmaqdan başqa bir şey verməyib.

Bu gün erməni xalqı sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan cütlüyünə qarşı duyduğu nifrət qədər heç kimə nifrət etmir. Məhz buna görə də Paşinyanın həyata keçirdiyi yeni siyasi kursun dəstəkçiləri əleyhdarlarından daha çox olacaq. Bütün bu amilləri nəzərə alaraq demək mümkündür ki, Paşinyan öz siyasəti ilə uğur qazanmağa əvvəlkindən daha yaxındır", - deyə Ə.İbrahimov fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Bütün Xəbərlər