GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur

GERİ SAYIM BAŞLADI : Ermənistanın  taleyi həll olunur
01.06.2026 13:43 Təhlil

İyunun 7-də Ermənistanda keçiriləcək  parlament seçkilərinə sayılı günlər qaldı.

Bu proses ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək ciddi  tarixi hadisədir.

Hazırkı mənzərə göstərir ki, Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçki yarışında əsas favoritdir. Son rəy sorğularına görə, hakim partiya rəqiblərini xeyli qabaqlayır. Müxalifət düşərgəsində isə parçalanma davam edir və hələlik heç bir siyasi qüvvə Paşinyana ciddi təhlükə yarada bilmir.

Sorğular nə deyir?

Müxtəlif sorğular fərqli nəticələr göstərsə də, ümumi mənzərə dəyişmir: Paşinyan seçki yarışına lider kimi daxil olur.


Müşahidəçilər hesab edirlər ki, qərarsız seçicilərin bir hissəsi son anda seçim etsə belə, hazırda hakim partiyanın üstünlüyü kifayət qədər böyük görünür.

Paşinyan kampaniyasını "Sülh naminə səs verin" şüarı üzərində qurub. O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, yeni konstitusiya islahatlarını və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini əsas hədəf kimi təqdim edir.

Müxalifət isə hökuməti Qarabağ məsələsində güzəştlərə getməkdə ittiham edir. Onlar daha çox Rusiya ilə yaxın münasibətlərin qorunmasının vacibliyini vurğulayırlar.

Paşinyanın əsas vədləri nədir?

✓ Azərbaycanla sülh müqaviləsi

✓ Yeni Konstitusiya

✓ Avropa İttifaqı ilə inteqrasiya

✓ Qərbyönlü xarici siyasət

Bəs Moskva bu gedişatdan niyə narahatdır?

Son aylarda Ermənistan-Rusiya münasibətlərində gərginlik artıb. Ermənistanın Avropa istiqamətində atdığı addımlar Moskvanın yuxularını qarışdırır.

Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqına inteqrasiya edib, həm də Avrasiya İqtisadi Birliyinin bütün üstünlüklərindən yararlana bilməz. 

Aİİ-nin son iclasında dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə etdilər. İclasda iştirak edən dörd ölkənin (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) liderləri Ermənistanla bağlı xüsusi bir bəyanat qəbul ediblər. Sənəd iclasda Ermənistanı təmsil edən baş nazirin müavini Mqer Qriqoryana təqdim olunub.  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dərhal sonra açıqlama verdi ki, Ermənistan Aİ-yə yalnız öz hesabına inteqrasiya edə bilər. Bütün bunlar Paşinyana təzyiq kimi qiymətləndirilir. 

Bundan başqa, sosial şəbəkələrdə anti-Paşinyan kampaniyalarının genişləndiyi, informasiya mübarizəsinin gücləndiyi müşahidə olunur. Mənbələr bunun Rusiya dairələrinin xüsusi işgüzarlığı kimi təqdim edirlər. 

Rusiyanın Ermənistana son xəbərdarlıqları: 

• Avropa ilə yaxınlaşma tənqid edilir

• AİB üzvlüyünün üstünlükləri xatırladılır

• İqtisadi təzyiq siqnalları verilir

• İnformasiya müharibəsi güclənir

Mövcud vəziyyət Paşinyanın seçkilərə ən güclü namizəd kimi getdiyini göstərir. Əgər hakim partiya qələbə qazanarsa, Ermənistanın Qərbə inteqrasiya kursu və Azərbaycanla sülh prosesi daha da sürətlənə bilər.

Bununla belə, seçkiyə qədər qalan günlərdə müxalifətin fəaliyyəti, qərarsız seçicilərin seçimi və xarici təsirlər nəticəyə müəyyən dərəcədə təsir göstərə bilər.

7 iyun seçkiləri Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək ən vacib siyasi hadisələrdən biri olacaq. 

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
02 JUNE 2026
Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 All News