Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər
Harri Keyn “Qızıl top” mükafatına əsas namizədlər barədə fikirlərini bölüşüb və öz şanslarını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “L'Équipe” nəşri məlumat yayıb.
“Bavariya” və İngiltərə millisinin hücumçusu son mövsüm qazandığı titullar və vurduğu qollar sayəsində favoritlər sırasında yer aldığını bildirib:
“Mənim də favoritlər arasında olduğumu düşünürəm. Mövsüm ərzində qazandığım kubokları və vurduğum qolların sayını nəzərə alsaq, buna əsas var. Bundan başqa, əgər İngiltərə dünya çempionu olsa, mükafatın ingilis futbolçuya verilməsi də real görünür. Bununla yanaşı, Çempionlar Liqasının finalının nəticəsini də nəzərə almaq lazımdır.
Hazırkı favoritlərə baxsaq, bunlar Maykl Olise, Çempionlar Liqasının finalçıları və mənəm. Amma mən heç vaxt özümün mütləq “Qızıl top”a layiq olduğumu deyən insanlardan olmamışam. Çalışıram ki, meydandakı çıxışım hər şeyi özü desin”.
Qeyd edək ki, “Qızıl top” təqvim ili ərzində dünyanın ən yaxşı futbolçusuna təqdim olunan nüfuzlu fərdi mükafatdır. Mükafatın hazırkı sahibi Usman Dembeledır.
Namiq HUN