ABŞ-nin İrana hücum zərbələri: Təhlükə qarşıdadır?

ABŞ-nin İrana hücum zərbələri: Təhlükə qarşıdadır?
24.06.2025 16:00 Təhlil

“ABŞ-nin İrana hücum zərbələri endirməsi onun beynəlxalq reputasiyasına zərbə vurmaqla yanaşı, nüvə silahlarının yayılmaması rejiminə də ciddi təhlükə yaradır”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Analitikin qənaətincə, ABŞ-nin İrana qarşı son hərbi zərbələri beynəlxalq münasibətlər sistemində ciddi rezonans doğurub: 

“Çin nümayəndəsinin BMT Təhlükəsizlik Şurasında səsləndirdiyi fikirlər, bu rezonansın qlobal güc balansına necə təsir etdiyini göstərir. Çin açıq şəkildə ABŞ-ni beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edir. Bu, təkcə diplomatik bəyanat deyil, həm də Çinin qlobal nizamın formalaşmasında daha fəal rol almağa çalışdığının göstəricisidir. ABŞ-nin bu addımı onun beynəlxalq reputasiyasına zərbə vurmaqla yanaşı, nüvə silahlarının yayılmaması rejiminə də ciddi təhlükə yaradır. İranın suverenliyinə qarşı bu cür hərbi müdaxilə beynəlxalq hüququn selektiv tətbiqinə dair narahatlıqları artırır. Çinin mövqeyi Qlobal Cənub ölkələri arasında ABŞ-yə qarşı artan etimadsızlığın əlamətidir. Bu, həm də ABŞ-nin “qaydalar əsaslı beynəlxalq nizam” ritorikasının inandırıcılığını zəiflədir”.  

Ekspert Rusiya və Pakistanın da Çinin mövqeyini dəstəkləməsini bu məsələnin artıq regional deyil, qlobal güc qarşıdurmasına çevrildiyini göstərdiyini bildirib: 

“ABŞ-nin bu hücumu onun Yaxın Şərqdəki strateji maraqlarını qorumaq cəhdi kimi təqdim olunsa da, nəticədə regionda gərginliyi daha da artırır. İranın nüvə obyektlərinə zərbə endirilməsi Beynəlxalq Atom Enerjisi Agentliyinin mandatına da ziddir və beynəlxalq nəzarət mexanizmlərinə etimadı sarsıdır. Çin nümayəndəsinin “reputasiya zədəsi” ifadəsi, əslində ABŞ-nin qlobal liderlik iddiasına yönəlmiş simvolik zərbədir. Bu hadisə BMT Təhlükəsizlik Şurasının effektivliyinə dair sualları da gündəmə gətirir. Daimi üzv olan bir ölkənin bu cür addımı Şuranın legitimliyini sarsıda bilər. Çin və Rusiya kimi aktorların bu məsələdə həmrəylik nümayiş etdirməsi çoxqütblü dünya nizamının formalaşmasında yeni mərhələyə keçidi simvolizə edir. ABŞ-nin reputasiyası yalnız hərbi güc üzərində qurulub kimi görünür, bu cür addımlar onun yumşaq güc imkanlarını zəiflədir. İctimai rəyin formalaşmasında reputasiya amili getdikcə daha önəmli rol oynayır və Çin bu fürsətdən məharətlə istifadə edir”.

T. İsmayılov bu hadisənin həm də informasiya müharibəsinin bir hissəsi olduğunu düşünür:

“Reputasiya zədəsi təkcə real deyil, həm də simvolik məğlubiyyət deməkdir. Bu, həm də BMT daxilində yeni koalisiyaların yaranmasına zəmin yarada bilər. İran məsələsində diplomatik həll yollarının bağlanması regionda yeni qarşıdurmaların başlanğıcına çevrilə bilər. Çin və digər aktorlar bu fürsətdən istifadə edərək öz “alternativ nizam” təkliflərini daha inandırıcı şəkildə təqdim edə bilərlər. Nəticə etibarilə, Çin nümayəndəsinin bəyanatı təkcə tənqid deyil, həm də qlobal güc mübarizəsində yeni mərhələnin siqnalıdır”.

Qeyd edək ki, Çinin BMT-dəki nümayəndəsi deyib ki, ABŞ İrana hücum etməklə öz reputasiyasını zədələyib. 

Qiymət Mahir

FOTOLAR

ABŞ-nin İrana hücum zərbələri: Təhlükə qarşıdadır? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Bütün Xəbərlər