2025-ci İLİN PARLAMENT HESABATI: Kimlər danışdı, kimlər susdu? – ANALİZ

2025-ci İLİN PARLAMENT HESABATI: Kimlər danışdı, kimlər susdu? – ANALİZ
30.12.2025 10:34 Təhlil

2025-ci il Azərbaycanın siyasi həyatında VII çağırış Milli Məclisin fəaliyyəti və deputatların həm daxili, həm də beynəlxalq müstəvidəki aktivliyi ilə yadda qaldı. İl ərzində 14-dən çox plenar iclasın keçirildiyi və 65-dən çox qanunun qəbul edildiyi parlamentdə bəzi simalar "tribuna liderləri" kimi önə çıxsa da, "sakit deputatlar"ın siyahısı da dəyişməz qaldı.

Tribuna Liderləri: Ən çox kimin səsini eşitdik?

Milli Məclisin stenoqramları və media monitorinqləri göstərir ki, 2025-ci ildə də parlamentin "danışan dili" statusunu bir neçə deputat qoruyub saxlayıb:

Fazil Mustafa: Həm plenar iclaslarda (80-dən çox çıxış), həm də sosial-mədəni mövzularda mediaya verdiyi operativ şərhlərlə ilin ən aktiv deputatı seçilib.

Siyavuş Novruzov: Siyasi və regional məsələlərdə kəskin çıxışları ilə həm parlamentdə, həm də xəbər başlıqlarında ən çox görünən adlardan olub.

Vüqar Bayramov: İqtisadi və sosial islahatlar, büdcə müzakirələri və pensiya məsələlərində rəqəmsal təhlilləri ilə medianın əsas istinad mənbəyinə çevrilib.

Qüdrət Həsənquliyev: Qanun layihələrinə verdiyi düzəliş təklifləri və hüquqi iradları ilə qanunyaradıcılığı prosesində ən aktiv simalardan biri olub.

 "Sakit" Deputatlar: Səssizliyi seçənlər

Parlament jurnalistləri (PJB) arasında keçirilən sorğulara əsasən, bəzi deputatlar il boyu plenar iclaslarda bir dəfə də olsun çıxış etməyiblər. Jurnalistlərin "sakit deputatlar" siyahısında Mircəlil Qasımlı, Bədəl Bədəlov, Xanlar FətiyevVasif Qafarov kimi adlar yer alıb. Yeri gəlmişkən, xüsusilə 98-saylı Bərdə-Tərtər seçki dairəsindən  deputat Xanlar  Fətiyevin  səsinə ümumiyyətlə "həsrət qalmışıq" desək yeridir. TodayPress TV olaraq ona dəfələrlə müraciət etsək də, köməkçisi tərəfindən "qəbula yazılmaq" tövsiyyə olundu. Nəticə etibarilə, Xanlar Fətiyev Parlamentin "əlçatmaz, ünyetməz" deputatlarındandır.  Ekspertlər  bu susqunluğu  bəzi deputatların daha çox komitə daxilində və ya yazılı müraciətlərlə işləməyə üstünlük verməsi ilə əsaslandırırlar.  

Mediada aktivlik

2025-ci ildə deputatların media ilə işləmə mexanizmində ciddi transformasiya müşahidə olunub:

Əsas platformalar:

Deputatlar ən çox "Modern.az", APA, "Report" və "Qafqazinfo" kimi portallar vasitəsilə ictimaiyyətə müraciət ediblər.

Sosial Media: Xüsusilə gənc və iqtisadçı deputatlar klassik mediadan çox newmedia–öz "Telegram" və "Facebook" kanallarına üstünlük verməyə başlayıblar.

Real TV və AzTV isə parlament fəaliyyətini ən çox işıqlandıran, deputatları canlı yayıma dəvət edən kanallar olub.

Beynəlxalq aktivlik

İl ərzində deputatlar 32 ölkəyə 50-dən çox səfər ediblər. Beynəlxalq platformalarda (AŞPA, ATƏT PA) Azərbaycanın maraqlarını ən fəal şəkildə Səməd SeyidovTural Gəncəliyev müdafiə edib və bu fəaliyyətlər mediada geniş rezonans doğurub. 

Bu mənzərə bir daha göstərir ki, millətin vəkili statusu təkcə mandatla deyil, ictimaiyyət qarşısında mövqe ortaya qoymaq, seçicinin sualına cavab vermək və cəmiyyətlə açıq dialoq qurmaqla ölçülür. Deputat parlamentdə susa bilər, lakin cəmiyyət qarşısında susqun qalmaq artıq siyasi məsuliyyət məsələsidir. Seçici gözləyir ki, onun seçdiyi nümayəndə problemləri səsləndirsin, mövqeyini gizlətməsin və ictimai proseslərdə fəal olsun. Ümid edirik ki, növbəti dövrdə deputatların fəaliyyəti yalnız səsvermə statistikası ilə deyil, real ictimai fayda, açıqlıq və hesabatlılıq prinsipləri ilə qiymətləndiriləcək. Milli Məclisin gücü də məhz susan deyil, danışan, izah edən və cəmiyyətlə əlaqə quran millət vəkillərindən  formalaşır.    

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 All News