SXA daha 17 məhkumun qiymətləndirməsini apardı

SXA daha 17 məhkumun qiymətləndirməsini apardı
31.07.2025 13:14 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə icra olunan Tədbirlər planı əsasında cəzaçəkmə müəssisələrində sosial reabilitasiya tədbirlərini davam etdirir.

TodayPress TV xəbər verir ki, agentliyinin əməkdaşları bu dəfə Lənkəran Penitensiar Kompleksinə baş çəkərək cəza müddətinin sonuna az qalmış məhkumlarla görüşüblər.

Görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib.

Bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə mütəxəssislər onların ailələrinə səfərlər edir, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq həmin şəxslər sosial-psixoloji, həmçinin digər müvafiq xidmətlərlə təmin olunurlar.

Sonra məhkumları maraqlandıran suallar cavablandırılıb və aidiyyəti üzrə izahatlar verilib. 

Qeyd olunan görüş zamanı cəzasının başa çatmasına üç ay müddət qalmış 17 nəfər məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə aparılıb. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

FOTOLAR

SXA daha 17 məhkumun qiymətləndirməsini apardı — 1
SXA daha 17 məhkumun qiymətləndirməsini apardı — 2
SXA daha 17 məhkumun qiymətləndirməsini apardı — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
Britaniya və Fransa Rusiya gəmisinə qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Bütün Xəbərlər