Köçəryandan ETİRAF: İran müharibə zamanı...

Köçəryandan ETİRAF: İran müharibə zamanı...
12.05.2026 14:24 Sosial

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Seçki ərəfəsi Ermənistanda revanşist qüvvələr də baş qaldırmaqdadır.

Məlum məsələdir ki, onlara Rusiya havadarlıq edir. Elə ən əsası Robert Köçəryana... Bunların hamısı məxsusi olaraq hazırlanmış şəxslərdir. İndi də Karapetyan, eyni zamanda Çarukyan Köçəryana dəstək verirlər, onları hakimiyyətə daşımaq istəyirlər ki, öz ideyalarını həyata keçirsinlər.

Köçəryan itirdiyi hakimiyyəti yenidən qazanmaq üçün dəridən-qabıqdan çıxır. Suya düşmüş xəyallarını bərpa etmək üçün sərsəm bəyanatlar səsləndirir. Lakin o, bəyanatlarında bəzi acı gerçəkləri də etiraf edir.

Köçəryan deyir: “Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır - bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm. 44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq".

Köçəryan açıq şəkildə bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə - İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq.  

Köçəryan bir daha müharibə istədiyini bəyan edir, 44 günlük müharibədə və ondan əvvəlki dövrlərdə erməni hərbi cinayətlərinə ortaq olan dövlətin adını çəkir, məhz İran vasitəsilə Ermənistana silah-sursat daşındığını etiraf edir, bu gün isə o imkanların olmadığından şikayətlənir.

44 günlük müharibə zamanı İranın mövqeyinə dair daha bir faktı uzun illər İranla yaxşı münasibətləri olmuş Köçəryanın öz dilindən eşidirik. Açıq mətnlə söyləyir ki, yeganə silah yolumuz İran idi. Bu fakt uzun illər Azərbaycana qarşı davam edən işğalçı Ermənistanın İrandan aldığı dəstəyin göstəricisidir.

Əslində Köçəryanın İranla yaxın münasibətlərinin olması bizə çoxdan məlumdur. Yəni İranın Ermənistana göstərdiyi hərbi və siyasi dəstəyi haqda Köçəryandan yaxşı bilən ikinci şəxs yoxdur.

Hətta onun İrana eks-prezident kimi səfər etməsi bizim yaddaşımızdan silinməyib.

Belə ki, Köçəryan 26 dekabr 2001-ci il və 5 iyul 2006-cı illərdə Ermənistan prezidenti kimi İrana səfər etməklə yanaşı, 2010-cu ildə prezident postundan gedəndən sonra çox qəribə bir statusda - "Ermənistanın eks-prezidenti" kimi İrana gedib, İran prezidenti və XİN başçısı ilə görüşüb.  

İranın 44 günlük müharibə zamanı Zəngilanda ordumuzun hərəkətinə imkan verməmək üçün maneələr yaratdığı məlum idi. İndi Köçəryanın verdiyi açıqlamadan bir daha aydın olur ki, İran silah-sursat daşıması üçün də öz hava məkanının Ermənistanın ixtiyarına veribmiş...

(Lent.az)

NEWS FEED
01 JUNE 2026
Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 All News