Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır

Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır
17.05.2026 17:26 Siyaset en

“Sosial və ekoloji problemləri uzlaşdırmaq üçün aztəminatlı ailələrin mövcud mənzillərini təmir edə və daha dayanıqlı formaya sala bilmələri üçün onlara texniki və maliyyə dəstəyi göstərilməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutt deyib.

Fransa rəsmisi çıxışında torpaq mülkiyyəti ilə tikinti mülkiyyətinin bir-birindən ayrılması modelinin əhəmiyyətinə diqqət çəkib:

“Bu ayrılma mülkiyyət sahibi olmağı daha da asanlaşdırır; proses binanın üzərində ucaldılacağı torpaq sahəsinin dövlət qurumundan çox uzunmüddətli icazə ilə kirayələnməsindən ibarətdir. Bu, torpaq xərclərini azaltmağa və beləliklə də, mənzillərin maya dəyərini aşağı salmağa imkan verir, eyni zamanda daha yüksək tikinti keyfiyyətinə investisiya qoyuluşunu təmin edir”.

Tikinti sahəsindəki ekoloji tənzimləmələrin Paris Sazişindəki hədəflərə uyğunlaşdırılmasının vacibliyini vurğulayan Sofi Laqutt bəyanatını bu sözlərlə tamamlayıb:

“Bütün bu mexanizmlər bizə tamamilə təkrar tətbiq edilə bilən, adaptasiya oluna bilən görünür və sosial, ekoloji, eləcə də iqtisadi tələbləri birləşdirmək ehtiyacına cavab verir. Dayanıqlı mənzil təminatının bütün məqsədlərini uzlaşdırmaq üçün bu yolları bizimlə müzakirə etmək istəyən nümayəndə heyətlərinin ixtiyarındayıq”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 All News