Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir
Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda Çexiya yığması ilə qarşılaşacaq.
“Tipos Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin qalibi ilə üz-üzə gələcək.
Bu gün həmçinin 1/4 final mərhələsi çərçivəsində Macarıstan – Bolqarıstan və Gürcüstan – Ukrayna oyunları da keçiriləcək.
Qeyd edək ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Komandamız qrup mərhələsində isə Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Namiq HUN