Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır

Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır
17.05.2026 17:26 Siyaset Ru

“Sosial və ekoloji problemləri uzlaşdırmaq üçün aztəminatlı ailələrin mövcud mənzillərini təmir edə və daha dayanıqlı formaya sala bilmələri üçün onlara texniki və maliyyə dəstəyi göstərilməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutt deyib.

Fransa rəsmisi çıxışında torpaq mülkiyyəti ilə tikinti mülkiyyətinin bir-birindən ayrılması modelinin əhəmiyyətinə diqqət çəkib:

“Bu ayrılma mülkiyyət sahibi olmağı daha da asanlaşdırır; proses binanın üzərində ucaldılacağı torpaq sahəsinin dövlət qurumundan çox uzunmüddətli icazə ilə kirayələnməsindən ibarətdir. Bu, torpaq xərclərini azaltmağa və beləliklə də, mənzillərin maya dəyərini aşağı salmağa imkan verir, eyni zamanda daha yüksək tikinti keyfiyyətinə investisiya qoyuluşunu təmin edir”.

Tikinti sahəsindəki ekoloji tənzimləmələrin Paris Sazişindəki hədəflərə uyğunlaşdırılmasının vacibliyini vurğulayan Sofi Laqutt bəyanatını bu sözlərlə tamamlayıb:

“Bütün bu mexanizmlər bizə tamamilə təkrar tətbiq edilə bilən, adaptasiya oluna bilən görünür və sosial, ekoloji, eləcə də iqtisadi tələbləri birləşdirmək ehtiyacına cavab verir. Dayanıqlı mənzil təminatının bütün məqsədlərini uzlaşdırmaq üçün bu yolları bizimlə müzakirə etmək istəyən nümayəndə heyətlərinin ixtiyarındayıq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Все новости