ABŞ-də görüş gözlənilir: 5 illik “düyün” açılacaq, yoxsa..

ABŞ-də görüş gözlənilir: 5 illik “düyün” açılacaq, yoxsa..
05.08.2025 13:42 Siyasət

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün məhz ABŞ lideri Donald Trampın təşəbbüsü ilə baş tutması istisna deyil. Belə bir görüşün Vaşinqtonda keçirilməsi və sülh sənədinin burada paraflanması, hazırkı məqamda Trampın siyasi uğurları sırasına daxil edilə bilər".

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, izah edib ki, söhbət sülh sənədinin razılaşdırılmasından gedir:

"Konkret olaraq, münaqişə tərəfləri sülhə dair öz niyyətlərini ortaya qoyur və məsələ xarici işlər nazirləri səviyyəsində təsdiqlənir. Bu razılaşma Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı əldə olunub. Həmin razılaşma birbaşa bəyanatda da açıq şəkildə əksini tapıb. Lakin bu prosesin hansı məkanda və nə zaman baş tutacağı hələlik qeyri-müəyyəndir. Çünki tərəflərin yaxın tarixdə Vaşinqtonda görüşəcəyi iddia edilsə də, bu informasiyanın nə dərəcədə dəqiq olduğu bilinmir. Buna görə də, prosesin ABŞ-də, yoxsa başqa bir yerdə baş tutacağı məsələsi hələ də açıq qalır. 

İstisna deyil ki, növbəti görüş məhz Trampın təşəbbüsü ilə baş tutsun. Belə bir görüşün Vaşinqtonda keçirilməsi və sülh sənədinin burada paraflanması hazırkı məqamda Trampın siyasi uğurları sırasına daxil edilə bilər. Bu, həm də onun seçkidən öncə vəd etdiyi, lakin hələ də həll edə bilmədiyi problemlərdən diqqəti yayındırıb, öz xeyrinə yönəlməsinə xidmət edə bilər. Çünki Ukrayna-Rusiya müharibəsi hələ də davam edir və bu münaqişənin sona çatmasına dair real əlamətlər görünmür. Eyni vəziyyət Yaxın Şərqdə, Qəzzada İsraillə HƏMAS arasında baş verən müharibəyə də aiddir".

Eskpertə görə, belə bir şəraitdə Tramp qısa müddətli toqquşmaları dayandırmaqla bu addımları öz siyasi uğuru kimi təqdim etməyə çalışır. Çünki Donald Trampın əsas məqsədi tarixə düşmək və Nobel Sülh Mükafatını almaqdır.

"Bu baxımdan Vaşinqtonda görüşün keçirilməsi və sülh sənədinin paraflanması ehtimalı yüksəkdir. Lakin bu məsələ ilə paralel şəkildə Zəngəzur dəhlizinin açılması məsələsinə də mütləq şəkildə aydınlıq gətirilməlidir. Doğrudur, bu məsələ sülh sənədində əksini tapmayıb və fərqli proseslərlə bağlıdır. Amma ümumi mənzərəyə baxdıqda, bu məsələlər bir-birini şərtləndirən daha geniş bir prosesin tərkib hissəsi kimi görünür.

Mövcud vəziyyətə əsasən, Zəngəzur dəhlizinin açılması məsələsinə birmənalı şəkildə aydınlıq gətirilməsi və bunun rəsmi Bakının maraqları çərçivəsində həyata keçirilməsi məqsədəuyğundur. Əgər sülh sənədi yaxın zamanda imzalanacaqsa, bu kontekstdə Zəngəzur dəhlizinə dair də müəyyən aydınlıq yaranacağı gözlənilir. Çünki mövcud qeyri-müəyyənliyin davam etməsi hər iki dövlət üçün müəyyən risklər yaradır. Digər tərəfdən, bu prosesi pozmaq və müxtəlif təxribatlar törətmək istəyən Rusiya və İran kimi regional güc mərkəzləri mövcuddur. Bu səbəbdən məsələnin uzadılması və qeyri-müəyyənliyin davam etməsi özü ilə əlavə risklər daşıyır", - deyə analitik vurğulayıb.

N.Miri sonda əlavə edib ki, sülh müqaviləsi böyük siyasi anlam daşıyır və hazırda söhbət prinsipial məqamları ehtiva edən sülh mətninin nazirlər səviyyəsində təsdiqlənməsi və paraflanmasından gedir:

"Bu mərhələdən sonra sənədin detallarla zənginləşdirilməsi və məzmununun konkretləşdirilməsi tələb olunur ki, bu da zamanla həllini tapacaq. Burada bir çox məsələlərin əhatə olunması gözlənilir. Ona görə də hələlik yekun sülh müqaviləsindən deyil, yalnız prinsipləri əks etdirən sülh sənədinin paraflanmasından söhbət gedir".

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, rəsmi Bakı və İrəvan bu həftə Vaşinqtonda sülh sazişi bağlamaq niyyətlərini bəyan etməyə hazırdırlar. 

Bildirilir ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməyi planlaşdırır.

Qiymət Mahir

FOTOLAR

ABŞ-də görüş gözlənilir: 5 illik “düyün” açılacaq, yoxsa.. — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Bütün Xəbərlər