Milli Teatrda "Zəfər mükafatı" təqdim olundu

Milli Teatrda "Zəfər mükafatı" təqdim olundu
09.11.2025 18:33 Mədəniyyət

Noyabrın 8-də Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə təsis olunan “ZƏFƏR” mükafatının təqdimatı keçirilib.

Teatrdan TodayPress TV-yə bildirilib ki, mükafat yaradıcı şəxslərin vətənpərvərlik, milli birlik, qəhrəmanlıq və zəfər ruhunun gələcək nəsillərə ötürülməsində göstərilən xidmətlərinin və nailiyyətlərinin qiymətləndirilməsini və mükafatlandırılmasını özündə ehtiva edir.

“Zəfər” mükafatı Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nurzadəyə, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən Xalq artisti Nurəddin Mehdixanlıya, Xalq artisti Firəngiz Mütəllimova tərəfindən 44 günlük Vətən müharibəsinin iştirakçıları - Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusifov, Rüfət Cabbarov və Fuad Cəbrayılova təqdim edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçıları təbrik ediblər, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramlarını bildiriblər.

44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibətilə ölkəmizdə çox sayda tədbirlər, mərasimlər, layihələr həyata keçirilir. Belə tədbirlərdən biri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” Musiqi və Teatr Festivalıdır. Festival çərçivəsində ölkəmizin teatr və konsert müəssisələrində, habelə muzey və sərgi salonlarında qələbəmizə həsr olunmuş tamaşa, konsert və sərgilər təqdim olunacaq. Bu sırada Akademik Milli Dram Teatrında oynanılan “Baş”, “Qarabağnamə” və “Xurşidbanu Natəvan” tamaşaları “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində tamaşaçılara nümayiş edilir.

NEWS FEED
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 All News