Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün elan olunmuş müsabiqələrlə bağlı məlumat yaydı

Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün elan olunmuş müsabiqələrlə bağlı məlumat yaydı
07.10.2025 11:52 Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 21 iyul – 11 avqust 2025-ci il tarixlərində qeyri-hökumət təşkilatları üçün elan olunmuş “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində təqdim edilmiş layihə təkliflərinin ilkin seçimi və qiymətləndirilməsi başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

"Bildiririk ki, ekspertiza nəticəsində müsabiqə şərtlərinə cavab verən layihələrin siyahısı müəyyənləşdirilib.

Növbəti mərhələdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq təqdimat sessiyaları keçiriləcəkdir. Təqdimat sessiyalarının 17-21 oktyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Sessiyalarda iştirakla bağlı bildirişlər adı ilkin seçim siyahısına daxil edilmiş təşkilatların elektron poçt ünvanlarına göndəriləcəkdir. Sessiyalarda təşkilat nümayəndələri layihə təqdimatları ilə çıxış edəcəklər. Açıq təqdimatlar zamanı müvafiq sosial şəbəkələr vasitəsilə canlı yayım təşkil ediləcəkdir.

Təqdimatlar layihələrin məqsədləri, gözlənilən nəticələri, icra mexanizmləri və s. kimi ətraflı məlumatları əhatə etməlidir. Hər təqdimata 5-15 dəqiqə vaxt ayrılacaqdır.

Qalib layihələr açıq təqdimat sessiyalarının nəticələrinə əsasən Müsabiqə Komissiyası tərəfindən müəyyən ediləcəkdir.

Mədəniyyət Nazirliyi müsabiqədə iştirak edən bütün qeyri-hökumət təşkilatlarına təşəkkür edir, ilkin mərhələni uğurla keçmiş təşkilatlara isə növbəti mərhələdə uğurlar arzulayır."

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər