Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirildi

Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirildi
14.11.2025 10:47 Mədəniyyət

Böyük Britaniyanın paytaxtı Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti ilə “Zəfər Salnaməsi” adlı möhtəşəm tədbir təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsi olan “The History of the Patriotic War: Personality Factor” (“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru”) adlı kitabın ingilis dilində nəşrinin  təqdimatı keçirilib. Qeyd edilib ki, artıq 10 dildə nəşr edilən bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq birinci Qarabağ müharibəsindən başlayaraq 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı ilk illərdəki bərpa-quruculuq, azad edilən torpaqlara qayıdışla bağlı mərhələləri əhatə edir. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Türkiyənin bu ölkədəki səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti  sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir.

Sonda tədbir bədii hissə ilə  başa çatıb. Tanınmış ifaçılar Rasim Fərziyev və ansamblı, Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycan xalq və bəstəkar mahnılarını ifa ediblər.

TodayPress TV

PHOTOS

Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirildi — 1
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirildi — 2
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirildi — 3
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirildi — 4
NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News