Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq müzakirə olundu
25.05.2025 20:15 Mədəniyyət

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.

Nazirlikdən TodayPress TV-yə bildiriblər ki, görüşdə Adil Kərimli Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, dövlət və hökumət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri, imzalanan sənədlər, eləcə də iki ölkənin birgə həyata keçirdiyi önəmli layihələr xalqlarımızı daha da yaxınlaşdırır.

Ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə də əlaqələr dinamik şəkildə inkişaf edir. Mədəni əməkdaşlıqda yeni səhifələrin açılması üçün münbit şərait mövcuddur.

Qeyd olunub ki, Azərbaycan tərəfi Gürcüstanla yaradıcı sənayelər, muzey, kitabxana, film istehsalı və digər sahələrdə daha intensiv əməkdaşlıqda maraqlıdır.

Xanım Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib. Gürcü nazir beynəlxalq mədəniyyət layihələrində birgə iştirak və yaradıcı kollektivlərin qarşılıqlı qastrol səfərlərinin bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər