Gilas bağlarının sığortası artdı

Gilas bağlarının sığortası artdı
22.07.2025 14:51 Maliyyə

2024-cü ildə Azərbaycanda sığortalanan gilas bağlarının ümumi sığorta təminatı 1,4 milyon manat təşkil edibsə, 2025-ci ildə bu göstərici üç dəfə artaraq 3,9 milyon manata çatıb.

TodayPress TV bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Sığortalanan əkin sahələrinin və məhsul həcminin artması nəticəsində 2025-ci ildə gilas bağları üzrə sığorta haqqı da yüksəlib. Əgər 2024-cü ildə bu məbləğ 58 min manat idisə (fermerlərin ödədiyi hissə - 29 min manat), cari ildə sığorta haqqı 90 min manat olub. Bunun 50 %-ni dövlət qarşıladığından, fermerlər cəmi 45 min manat ödəniş ediblər.

Fonddan bildirilib ki, sığortalanan sahələrin artması ilə yanaşı, gilas bağları üzrə ödənişlər də artır. 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında baş vermiş hadisələrlə bağlı fermerlərə ümumilikdə 52,8 min manat, 2023-2024-cü illərdə isə Ağstafa, Samux və Şəmkir rayonlarında 83,8 min manat sığorta ödənişi verilib. Beləliklə, son iki ildə gilas bağları üzrə ödənişlərin ümumi məbləği 136,6 min manata çatıb.

2025-ci ildə isə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq indiyə qədər 36 hektar gilas bağında zərər halları qeydə alınıb. Bu sahələrdən 1,2 milyon manatlıq məhsul gözlənilsə də, zərər əkinlərin yalnız bir hissəsinə dəyib. Hazırda ərazilərə baxış keçirilib, ilkin qiymətləndirmələr aparılıb. Yekun ödənişlər məhsul yığımı zamanı dəqiq qiymətləndirmədən sonra müəyyən olunacaq.

Ötən il 14 rayonda 119 hektar sahədə gilas bağı sığortalanmışdısa, bu il 15 rayonda 110 fermer və təsərrüfat tərəfindən ümumilikdə 228 hektar sahə sığortalanıb. Sığortalanma coğrafiyası əsasən Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran rayonlarını əhatə edir.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik sığortası çərçivəsində 41 bitki növü üzrə 48 məhsul sığortalanır. Bunların əhəmiyyətli hissəsini meyvəçilik məhsulları təşkil edir. Gilas, üzüm və pambıq bağları əlavə olaraq leysan yağışı riskindən də sığortalanır - bu, meyvənin qabığının partlaması və məhsul itkisinə səbəb olur.

Fonddan qeyd edilib ki, təbiət hadisələrinin intensivliyi fonunda fermerlərin sığortaya marağı artmaqdadır və 2025-ci ildə meyvə bağları üzrə zərər ödənişlərinin daha da artacağı gözlənilir. Bu səbəbdən Aqrar Sığorta Fondu fermerləri dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta imkanlarından yararlanmağa çağırır.

XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər