Ələt Azad İqtisadi Zonası Yaponiyada keçirilmiş sərgidə təmsil olundu

Ələt Azad İqtisadi Zonası Yaponiyada keçirilmiş sərgidə təmsil olundu
14.07.2025 17:47 İqtisadiyyat

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Asiyanın aparıcı sənaye sərgilərindən biri olan “Manufacturing World Tokyo 2025"də iştirak edib. Sərgi Yaponiyanın "Makuhari Messe" sərgi mərkəzində keçirilib.

TodayPress TV xəbər verir ki, sərgi çərçivəsində Səlahiyyətli Qurumun nümayəndələri Yaponiya, Cənubi Koreya, Çin, Hindistan və digər ölkələrdən olan şirkətlərlə görüşlər keçirib.

Bu görüşlər zamanı nümayəndə heyəti Azad Zonada investisiya imkanları, o cümlədən unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, strateji coğrafi mövqe və istifadəyə hazır sənaye torpaq sahələri barədə ətraflı məlumat təqdim edib. Aparılmış müzakirələr məhsuldar olmuş və emal sənayesi və digər strateji sahələrdə mümkün əməkdaşlıq perspektivləri yaratmışdır.

Ələt Azad İqtisadi Zonası Qafqaz regionunun ən böyük azad iqtisadi zonasıdır və əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Azad Zona, eyni zamanda, multimodal logistika imkanlarından yararlanır və hazırda inkişaf mərhələsində olan yük hava limanı sayəsində nəqliyyat və logistika potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

Səlahiyyətli Qurum beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyə davam edir və yüksək əlavə dəyərli, ixracyönümlü istehsalatla məşğul olan şirkətləri yeni və perspektivli bazarlara çıxış üçün təqdim olunan imkanlarla tanış olmağa dəvət edir.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər