Azərbaycanlı tələbələr Çində rəqəmsal texnologiyalar üzrə təlimlərdə iştirak edəcəklər

Azərbaycanlı tələbələr Çində rəqəmsal texnologiyalar üzrə təlimlərdə iştirak edəcəklər
05.08.2025 15:00 İKT

İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramının qalibi olan azərbaycanlı tələbələr Çində Yay Düşərgəsində iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, həmin tələbələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib.

Görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin də iştirak edib.

Yolasalma mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzinə səfər onlara informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq imkanı qazandıracaq.

Nazir müavini Azərbaycanın rəqəmsal sahənin modernləşdirilməsi məqsədilə bir sıra vacib təşəbbüslər həyata keçirdiyini deyib. Həmçinin bildirib ki, ölkədə rəqəmsal inkişafı dəstəkləmək, süni intellekt sahəsində irəliləyişə təkan vermək və Azərbaycanın qlobal süni intellekt ekosistemindəki mövqeyini gücləndirmək məqsədilə 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib. Bundan əlavə, süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi üçün Süni İntellekt Akademiyası yaradılır.

Gələcəkdə Azərbaycanda “Huawei” şirkəti ilə birgə Təlim Mərkəzinin yaradılması üzrə əməkdaşlıq təklif olunub.

Xatırladaq ki, “Huawei” şirkətinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlığı çərçivəsində indiyədək bir sıra uğurlu layihələr həyata keçirilib. Buraya azərbaycanlı tələbə və mütəxəssislərin Çində təlimlərdə iştirakı, “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramı çərçivəsində innovativ layihələrin və startapların maliyyələşdirilməsi daxildir.

FOTOLAR

Azərbaycanlı tələbələr Çində rəqəmsal texnologiyalar üzrə təlimlərdə iştirak edəcəklər — 1
Azərbaycanlı tələbələr Çində rəqəmsal texnologiyalar üzrə təlimlərdə iştirak edəcəklər — 2
Azərbaycanlı tələbələr Çində rəqəmsal texnologiyalar üzrə təlimlərdə iştirak edəcəklər — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər