Ulduz forvarddan sürpriz qərar – Levandovski “Yuventus”u seçdi

Ulduz forvarddan sürpriz qərar – Levandovski “Yuventus”u seçdi
02.05.2026 10:00 İdman

“Barselona”nın hücumçusu Robert Levandovski yeni klubla müqavilə razılaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. 

Bildirilir ki, polşalı forvard karyerasını “Yuventus” klubunda davam etdirə bilər. Turin təmsilçisi artıq futbolçunun ətrafı ilə danışıqlar aparıb.

37 yaşlı hücumçu “Yuventus”un növbəti mövsüm üçün UEFA Çempionlar Liqası-na vəsiqə qazanacağı təqdirdə transferə razılıq verə bilər. “Qoca  sinyora” kataloniyalılardan ayrılacağı halda Levandovski üçün prioritet variant sayılır.

Forvardın “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi ona yeni sözləşmə təklif etsə də, maaşın ciddi şəkildə azaldılması səbəbindən bu variant oyunçunu qane etməyib.

Futbolçunun agenti Pini Zahavi artıq “Yuventus” nümayəndələri ilə görüşüb. Tərəflər illik təxminən 6 milyon avro məvaciblə birillik müqavilə və bonuslar üzərində razılığa gəliblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Bütün Xəbərlər