Qalmaqal böyüyür: “Napoli” Lukakuya qarşı addım atacaq

Qalmaqal böyüyür: “Napoli” Lukakuya qarşı addım atacaq
07.04.2026 10:01 İdman

“Napoli” klubu hücumçu Romelu Lukakunun komandaya qayıtmaqdan imtina etməsi fonunda açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat yayıb. 

Neapol təmsilçisinin idman direktoru Covanni Manna bu vəziyyətə münasibət bildirib. O qeyd edib ki, Lukaku klubun çağırışına baxmayaraq geri dönməkdən imtina edib və zədəsini qiymətləndirmək üçün Belçikada qalıb:

“Romelu qayıtmamağa qərar verdi və zədəsini yoxlamaq üçün Belçikada qaldı. Klub hər zaman birinci yerdə olmalıdır. Biz müvafiq tədbirlər görəcəyik”.

Xatırladaq ki, belçikalı hücumçu daha əvvəl milli komandanın düşərgəsini tərk edərək fərdi məşqlərə başlayıb. Cari mövsümdə Romelu Lukaku “Napoli” forması ilə bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. O, yayda aldığı zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Bütün Xəbərlər