Brunu Laje: “Avropada uğurlu nəticələrə ümid edirik”
“Ötənilki çıxışlarımızı təkrarlamağı planlaşdırırıq”.
TodayPress TV xəbər verir ki, bu sözləri “Benfika” klubunun baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.
O, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turununun oyunundan əvvəl mətbuat konfransında jurnalistlər önünə çıxıb.
“Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışlarımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Hücumda çox yaxşıyıq. Avropada uğurlu nəticələrə ümid edirik. Müdafiədən oyun qurmağa üstünlük verəcəyik".
Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Namiq HUN