Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət etdi

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət etdi
27.09.2025 16:53 Hərbi

27 Sentyabr – Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarları ziyarət olunub.

TodayPress TV xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.

Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələrinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi yad edilib.

Zəfər parkına gələrək Zəfər Abidəsini ziyarət edən Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti şəhidlərə ehtiram əlaməti olaraq abidə önünə gül çələngi qoyub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yenidənqurma işləri aparılmış İkinci Şəhidlər xiyabanı kimi tanınan ərazi ziyarət olunub.

Hərbi Memorial Məzarlıqda Müdafiə Nazirliyinin rəhbər heyəti 44 günlük Vətən müharibəsini somvolizə edən monumental abidənin önünə gül çələngi qoyub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.

Tədbir çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhid ailələri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasiminin sonunda – saat 12:00-da Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi qulluqçular və şəhid ailələri Hərbi Memorial Məzarlıqda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər