Qarabağın beyin mərkəzi: Qarabağ Universiteti 2 yaşında

Qarabağın beyin mərkəzi: Qarabağ Universiteti 2 yaşında
28.11.2025 16:18 Elm və Təhsil

"Qarabağ Universitetinin yaradılmasından iki il ötməsi təkcə yeni ali təhsil müəssisəsinin formalaşması kimi deyil, uzun işğal dövrünün ağır nəticələrindən sonra bölgənin intellektual bərpasının başlanğıcı kimi qiymətləndirilməlidir".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.


Onun sözlərinə görə, Böyük Qayıdış proqramının əsas dayaqlarından biri insan kapitalının yenidən qurulmasıdır və Qarabağ Universiteti bu baxımdan həm ali təhsil, həm də mədəni-sosial mühitin yenidən qurulmasında strateji bir mərkəz funksiyası daşıyır:

"Universitetin fəaliyyət istiqamətlərinə nəzər salsaq, ilk növbədə, yeni ixtisasların açılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı modeli və beynəlxalq standartlara uyğun tədris mühiti diqqəti cəlb edir. Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı, turizm, ekosistem idarəetməsi, texnoloji mühəndislik, müəllim hazırlığı kimi istiqamətlər prioritetdir və universitet tədris proqramlarında bu sahələrə üstünlük verilməsi bölgənin gələcək inkişaf dinamikasına birbaşa təsir göstərəcək. Bu gün Qarabağ təkcə torpaq deyil, həm də beyinlərin, ideyaların və elmi innovasiyaların mərkəzinə çevrilməlidir və universitet bu hədəfə aparan əsas platformadır".

Ekspert əlavə edib ki, universitetin akademik xəttində əmək bazarına uyğun yeni ixtisaslar, beynəlxalq standartlara əsaslanan tədris modeli və modern təhsil mühiti diqqət çəkir. 

"Qarabağ Universitetinin başqa üstün cəhəti təhsilin yalnız nəzəri deyil, praktik fəaliyyətlə inteqrasiya edilməsidir. Aqroparklar, tədqiqat mərkəzləri, startap zonaları, beynəlxalq layihələr və universitet–sənaye əməkdaşlığı bu ali məktəbin inkişaf yolunu müəyyənləşdirir. Gənclərin bölgədə həm təhsil alması, həm də fəaliyyət göstərməsi Qarabağın iqtisadi və mədəni dirçəlişinə yeni nəfəs verəcək".

Əmrah Həsənli vurğulayıb ki, universitetin gələcək uğurları yalnız rəqəmlərlə deyil, yaradacağı elmi mühitlə ölçüləcək. Onun fikrincə, yaxın illərdə Qarabağ Universitetinin regional və beynəlxalq ali məktəblərlə geniş əməkdaşlığa başlaması, tədqiqat məktəblərinin yaranması və “Qarabağ” brendli elmi məhsulların meydana çıxması real perspektivlər sırasındadır. Tələbə sayının artması ilə universitet ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilə bilər.


Qeyd edək ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir. 

Universitet 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
"İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Azərbaycanla bağlı yayılan iddialar əsassızdır və manipulyasiyadır 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 Bütün Xəbərlər