"Bakı Dialoqları" jurnalının 2025-ci il yay buraxılışı dərc olundu

"Bakı Dialoqları" jurnalının 2025-ci il yay buraxılışı dərc olundu
01.08.2025 12:30 Elm və Təhsil

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan "Bakı Dialoqları" ("Baku Dialogues") jurnalının yay buraxılışı işıq üzü görüb.

TodayPress TV xəbər verir ki, bu buraxılışda regional siyasət, çoxtərəfli diplomatiya və qlobal çağırışlar kontekstində aparılan müzakirələri əks etdirən analitik məqalələr yer alır.

Buraxılışın əsas müsahibəsi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə aparılıb. “Azərbaycanın Çoxtərəfli Diplomatiya Mövqeyi” adlı müsahibədə ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq prioritetləri və çoxtərəfli platformalardakı rolu ətraflı təqdim olunur. 

Nəşrdə həmçinin Azərbaycanın yaşıl enerji gündəliyindəki artan rolu da vurğulanır. Xəzər-Qara dəniz enerji dəhlizi vasitəsilə regional inteqrasiya təşəbbüsləri, həmçinin "yaşıl enerji diplomatiya" çərçivəsində enerji təhlükəsizliyinə töhfələr geniş şəkildə təqdim edilir.

Jurnalın “D-8 və Azərbaycan: “İslam Səkkizliyi” və Qlobal Güc Tarazlığındakı Dəyişikliklər” adlı məqaləsində isə Azərbaycanın bu platforma çərçivəsində mövqeyi və əməkdaşlığın genişlənməsi imkanları araşdırılır.

Nəşrdə Cənubi və Mərkəzi Asiyada regional təhlükəsizlik və əməkdaşlığı təşviq edən CICA (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində Azərbaycanın üzvlüyünün yaratdığı imkanlar və bu platformadakı sədrliyinin optimallaşdırılması yolları müzakirə olunur.

Digər əsas başlıq “Dəyişən Geosiyasət” qlobal güc balansındakı transformasiyaları və beynəlxalq aktorların mövqelərini təhlil edən məqalələri təqdim edir. Bu bölmədə, Avropa İttifaqının transformasiya yollarını qiymətləndirməklə onun hazırkı vəziyyətini və gələcək imkanlarını araşdırır. Daha sonra  “ABŞ İsrail–Azərbaycan İttifaqını Niyə Dəstəkləməlidir?” adlı məqalədə Azərbaycan-İsrail ikitərəfli tərəfdaşlığı dünya siyasətində daha geniş tendensiyaları əks etdirsə də, potensial olaraq genişləyə və ABŞ-a fayda verə biləcəyi vurğulanır.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil ola bilərsiniz.

FOTOLAR

"Bakı Dialoqları" jurnalının 2025-ci il yay buraxılışı dərc olundu — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər