Ukrayna Bəhreyndə səfirlik açır

Ukrayna Bəhreyndə səfirlik açır
05.05.2026 23:46 Dünya

Ukrayna Bəhreyn Krallığının paytaxtı Manamada səfirlik açmaq qərarını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əz-Zəyani ilə görüşün yekunlarına dair teleqram kanalında yazıb.

"Prezident Volodimir Zelenskinin Bəhreynə səfəri çərçivəsində həmkarım doktor Əbdüllətif əz-Zəyani ilə ikitərəfli görüş keçirməkdən məmnun oldum", - A.Sibiqa bildirib.

Onun sözlərinə görə, bu gün Ukrayna Manamada səfirlik açmaq qərarını elan edib. "Biz həmçinin Ukrayna və Bəhreynin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Bunlar daha güclü və strukturlaşdırılmış tərəfdaşlığa doğru konkret addımlardır", - A.Sibiqa deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2023-cü ildə Bəhreyn nazirinin Ukraynaya ilk səfərindən sonra son illərdə real irəlləyiş əldə etmiş ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Ukraynalı nazirin sözlərinə görə, hazırkı danışıqlar regional təhlükəsizliyə yönəlib: "Ukrayna İranın məsuliyyətsiz, sabitliyi pozan hərəkətləri qarşısında Bəhreyn və digər Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ölkələri ilə həmrəyliyini ifadə edir".

A.Sibiqa vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət xüsusi diqqət tələb edir, çünki qlobal enerji təhlükəsizliyinin və beynəlxalq bazarların sabitliyinin təməli kimi gəmiçilik azadlığı təmin edilməlidir. "Biz beynəlxalq təşkilatlarda koordinasiyanı gücləndirmək, ərzaq təhlükəsizliyi və tədarüklərin sabitliyi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik", - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna praktiki həllər təklif etməyə, xüsusən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və dayanıqlığın gücləndirilməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 All News